12px13px15px17px
Tarix:23/09/14

“iOS 8” sistemi ABŞ istehsalçısının hər dördüncü mobil qurğusunda quraşdırılıb

“Fiksu” analitik şirkətinin məlumatına görə, hazırda “Apple” şirkətinin ABŞ və Kanadada hər dördüncü mobil qurğusu “iOS” əməliyyat sisteminin səkkizinci versiyasının idarəetməsi ilə işləyir. “iOS 8” tətbiqinin tempinə görə "iOS 7” və “iOS 6” mobil platformalarından geri qalır.  
 
Analitiklərin hesablamalarına görə, sistemin sonuncu versiyası təqdim olunandan beş gün sonra Şimali Amerika regionunda “iPhone”, “iPod touch” və “iPad” sahibləri tərəfindən internetdə generasiya edilən trafikin 25 faizi “iOS 8” əməliyyat sisteminin payına düşüb. Mobil platforma işıq üzü gördükdən 24 saat sonra ABŞ və Kanadanın “Apple” qurğusu istifadəçilərinin 11 faizi onu quraşdırıb. Daha bir gün sonra “iOS 8”-in payı 17 faizə çatıb. "Fiksu”nun məlumatına görə, son beş gündə əməliyyat sisteminin payı 25,7 faiz bənd artıb.
 
Bundan başqa, “iOS 8” uyğunlaşma tempinə görə 2013-cü ildə final versiyası çıxdıqdan beş gün sonra bütün “Apple” qurğularının 50 faizinin işlədiyi “iOS 7”-dən geri qalır. Sistemi tempinə görə əvvəlki “iOS 6” mobil platforması da üstələyir. Həmin müddət ərzində “iPhone”, “iPad” və “iPod touch” istifadəçilərinin 40 faizi “iOS 6”-dan istifadəyə keçib. “Fiksu” mütəxəssisləri bu məlumatları 300 milyon internet səhifəsinə müxtəlif qurğulardan çıxışı təhlil edərək əldə ediblər. 
 
Sentyabrın 17-də təqdim olunan “iOS 8” dizaynına görə əvvəlki əməliyyat sisteminə bənzəsə də, bir sıra mühüm dəyişikliklərə məruz qalıb. Belə ki, yenilənmiş bildiriş mərkəzi məlumata hətta ekran bloklu vəziyyətində olanda və müvafiq əlavəni açmadan cavab verməyə imkan verir. Həmçinin çoxfunksiyalılıq menyusunda kontaktlar siyahısına çıxışa şərait yaradılıb, poçtla jestlərlə iş sadələşdirilib, - www.internetua.com” yazır.   
 




Baxış sayı: 987

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024