12px13px15px17px
Tarix:23/09/14

Birləşmiş Ərəb Əmirliklərində göydələnlərdə yanğını pilotsuz uçan aparatlar söndürəcək

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hündürmərtəbəli binaların sayı Yaxın Şərqin digər ölkələrindəki analoji göstəriciləri bir neçə dəfə üstələyir.

Bununla əlaqədar olaraq fövqəladə hallar xidmətləri su təchizatında kiçik qəza və ya yanğının baş verməsində miqyaslı faciəvi nəticələrə səbəb ola bilən çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə məcburdurlar.

"The National" qəzetinin məlumatına görə, belə təhlükələrlə ölkənin tələbələri tərəfindən hazırlanan ən yeni yanğınsöndürən pilotsuz uçan aparat mübarizə aparacaq.
 
Bildirilir ki, uçan aparat "Mülki Müdafiə Qüvvələrini dəstəkləyən pilotsuz uçan aparat" adlandırılır və BƏƏ-nin şimalında yerləşən Acman Əmirliyinin Elm və Texnologiya Universitetinin tələbələri tərəfindən təqdim edilib. Xüsusi avtopilot sistemi ilə təchiz edilən qurğu insanın köməyi olmadan işləyə bilir. Naviqasiya modulu sayəsində aparat xəritədəki məntəqəyə və ya rayona təyin edilə və orada patrulu həyata keçirməklə təsviri yüksək təsvir ölçüsündə fövqəladə hallar xidmətlərinin mobil qurğularına ötürə bilər.  
 
Gecəgörmə cihazı ilə təchiz edilən aparat həmçinin 30 dəqiqə ərzində dumanlı şəraitdə işləyə bilir. Qurğu kompakt ölçülü olduğuna görə onu fövqəladə hallar xidmətlərinin istənilən ekipajının nəqliyyat vasitəsində quraşdırmaq mümkündür. Pilotsuz uçan aparatın idarəetməsi onun üçün hazırlanan mobil əlavə vasitəsilə həyata keçirilir ki, bu da qəzalı şəraitdə ondan istifadəni asanlaşdırır və operatordan xüsusi hazırlıq tələb etmir.
 
"Biz bu aparatı göydələnlərdə yanğınların söndürülməsində tətbiq etmək üçün hazırlamışıq. Lakin platforma digər fövqəladə hallar xidmətləri tərəfindən istifadə edilə bilər", - aparat yaradıcılarından biri Mətin Təhsin deyib.
 
Pilotsuz uçan aparatlar Acman Əmirliyinin Mülki Müdafiə Qüvvələrinin regional şöbəsində artıq sınaqdan keçirilib və yaxın gələcəkdə silahlandırmaya daxil olacaq, - "İTAR-TASS " yazır.
 



Baxış sayı: 911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024