12px13px15px17px
Tarix:24/09/14

Direktorlara İT bilikləri aşılanacaq

Azərbaycanda məktəb direktorlarına informasiya-kommunikasiya texnologiyalarından daha intensiv şəkildə istifadə etməsi üçün təlimlər keçiriləcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib.
 
Nazirlikdən bildirilib ki, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan direktor müavinlərinin sözügedən təlimlərdə iştirakı üçün müsabiqə elan edilib.
 
Seminarların əsas məqsədləri müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsili idarəedənləri yetişdirməkdən ibarətdir. “20 oktyabr 2014-cü il – 17 yanvar 2015-ci il (3 ay) tarixlərində keçiriləcək təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.
 
 İştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil olunacaq. Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq “telim@edu.gov.az”  elektron poçt ünvanına göndərə bilərlər” – deyə nazirlikdən vurğulanıb.
 
 
SEYMUR



Baxış sayı: 1139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024