12px13px15px17px
Tarix:26/08/11

Fransız kitab nəşriyyatçıları “Google” ilə barışıblar

“La Martiniere” fransız nəşriyyatı “Google”-a müəllif hüququ qorunan tirajdan çıxmış kitabları skan etməyə icazə verib. “Bloomberg” bildirib ki, “La Martiniere” “Google Books” xidməti vasitəsilə öz kitablarını satmaq imkanını əldə edib.

“Google Books”-un Fransadakı direktoru Filipp Kolombenin sözlərinə görə, belə qərar hamı, xüsusilə fransız oxucuları və yazıçıları üçün sərfəlidir.

“Google”-un Fransada kitabları elektron formata keçirməsi ilə bağlı problemi hələ 2006-cı ildə yaranıb. O zaman “La Martiniere” Amerika korporasiyasından internetdə qeyri-qanuni yerləşdirdiyi 100 kitabın hər biri üçün 100 min avro dəyərində kompensasiya tələb edib.

“Google” şirkəti kitabların artıq köhnəldiyi və onların müəlliflərinin həyatda olmadığına istinad edərək günahsız olduğunu bildirmişdi. Şirkət və fransız hüquq sahibləri arasında məhkəmə təhqiqatı 2009-cu ildən davam etdi.

“Google”-a qarşı müəllif hüquqlarının pozulması ittihamları ilə “SGDL” cəmiyyəti, “SNE” naşirlər assosiasiyası və “La Martiniere” qrupuna aid olan “Seuil” nəşriyyat evi çıxış ediblər. Məhkəmə qərara alıb ki, “Google” nəşriyyatların müəllif hüquqlarını pozur.



Baxış sayı: 2078

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024