12px13px15px17px
Tarix:25/09/14

“Google” 2015-ci ildə internetin çatdırılması üçün aerostatlarını işə salacaq

“Google” şirkəti növbəti il planetin ucqar və ya ən kasıb regionlarına yüksəksürətli internet çatdıracaq birinci aerostatlarını işə salmağı planlaşdırır. Bu haqda “Project Loon”  layihəsinin rəhbəri Astro Tellerə istinadən “The Wall Street Journal” nəşri yazıb.
 
“Google” artıq bir neçə ildir aerostatların köməyi ilə internetə çıxışı nəzərdə tutan “Project Loon” layihəsini inkişaf etdirir. Layihə “Google X” məxfi laboratoriyası çərçivəsində həyata keçirilir.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Project Loon” layihəsinin rəhbəri Astro Teller “EmTech” konfransında deyib ki, “Google” ən iddialı layihələrindən biri üzrə arzulanan nəticəyə nail olub və artıq növbəti il daimi əsasda işləyəcək birinci aerostatları buraxmağı planlaşdırır.
 
Layihə yerli internet-provayder tərəfindən xidmət göstərilən yerüstü əsas stansiya, hava şarında quraşdırılmış şəbəkə avadanlığı və sakinlərin evlərində quraşdırılmış antenalardan ibarət şəbəkənin yaradılmasını nəzərdə tutur. Hər bir hava şarı 40 kilometr diametrində əraziyə simsiz internet çatdırmaq imkanına malikdir. Aerostatlar təxminən 20 kilometr hündürlüyündə yerləşir, bu halda kommersiya avialaynerlərinin uçuşuna mane olmur.
 
“Google” artıq Yeni Zelandiya, Braziliya və ABŞ-ın bir neçə ştatında bu texnologiyanı sınaqdan keçirib.
 
Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, 2014-cü ilin sonunadək planetin əhalisinin təxminən 60%-i (təxminən 4 milyard) əvvəlki kimi internetə çıxışa malik olmayacaq.
 
Həmçinin “Facebook” sosial şəbəkəsi “Internet.org” layihəsi çərçivəsində insanların şəbəkəyə qoşulması üzrə innovativ  texnologiyalar üzərində işləyir. “Facebook” martın sonunda “Connectivity Lab” laboratoriyasının yaradılmasını elan edib. Burada ucqar ərazilərdə yaşayan insanların internetə çıxışını təmin etmək üçün pilotsuz təyyarələr, atmosfer peykləri və lazerlərin hazırlanması planlaşdırılır.
 
Emil Hüseynov



Baxış sayı: 883

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024