12px13px15px17px
Tarix:25/09/14

İnternetdəki saytların sayı 1 milyardı ötüb

"Netcraft" şirkətinin analitik hesabatına əsasən, sentyabrda internetdə işləyən sayt və şəxsi bloqların sayı ilk dəfə 1 milyardı ötüb və 1022954603 qovşaq təşkil edib. Bu, ötən ayla müqayisədə 31 milyon host daha yüksəkdir.
 
"Netcraft" şirkətindən bildirilib ki, bundan əvvəl 1 milyard göstəricisi keçilməyib. Şirkətin hesabatında qeyd olunub ki, 19 il bundan əvvəl "Netcraft" şəbəkədə saytların sayı üzrə statistika aparmağa başlayıb və o zaman 1 milyard göstərici tamamilə əlçatmaz görünüb. Birinci hesabat 1995-ci ilin avqustunda dərc edilib. O zaman şəbəkədə yalnız 18957 sayt qeydə alınıb, amma iki il sonra bu göstərici artıq 1 milyona çatıb.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2000-ci ilin əvvəlində internetdə 10 milyondan çox sayt qeydə alınıb. O zaman "Netcraft" şirkəti 27/7/365 rejimində işləyən statistika sistemini işə salıb, çünki yalnız belə iş rejimi dəqiq hesablamanı təmin edə bilərdi. Bundan sonra "Netcraft" saytların hesablanması alqoritmlərini on dəfədən çox dəyişib.
 
Hazırda şəbəkədəki saytların çox hissəsi (71%-dən çox) üç veb-serverin (Microsoft IIS, Apache Httpd, həmçinin Nginx) idarəetməsi ilə işləyir. Son 7 ildə "Nginx" serverində kəskin artım tempi müşahidə olunur, amma hələ ki bazar payı digər ikisindən geri qalır.
 
Emil Hüseynov



Baxış sayı: 1023

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024