12px13px15px17px
Tarix:26/08/11

“Samsung” şirkəti yeni mobil əməliyyat sistemi təqdim edib

“Samsung” şirkəti “bada” adlı mobil əməliyyat sisteminin ikinci versiyasını təqdim edib. Yeni versiyada çoxfunksiyalılıq, “HTML 5” kodunun dəstəklənməsi imkanları, eləcə də tərtibatçılar üçün reklam platforması əlavə olunub.

“Bada” üçün proqram tərtibatçıları artıq rəsmi saytdan xüsusi alətlər dəsti yükləyə və çoxsaylı funksiyalara çıxış əldə edə bilərlər. Lakin bu əlavələri yalnız yeni platforma bazasında ilk smartfonlar ərsəyə gətiriləndən sonra istifadəyə vermək mümkün olacaq.

“Bada” əməliyyat sisteminin “Google Android” kimi populyar olmamasına baxmayaraq, bu layihə də bazarda müəyyən uğur qazanıb. Belə ki, ekspertlərin hesablamalarına görə, “bada” layihəsi başlandığı andan “Samsung” bu əməliyyat sistemi bazasında 4,5 milyon smartfon sata bilib.

Qeyd edək ki, “bada” platforması tam bağlıdır və burada “Apple iOS” əməliyyat sistemində tətbiq edilən qaydalar qüvvədədir, yəni istifadəçi platforma və əlavələrin yayılması üzərində bütün nəzarət resurslarına malikdir.

www.mincom.gov.az



Baxış sayı: 1933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024