12px13px15px17px
Tarix:26/09/14

BDU-da elektron mikroskop yaradılacaq

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov "Tokio Boeki" şirkətinin Rusiya üzrə kommersiya direktoru T.Tavabe, Ukrayna ofisinin rəhbəri A.Şpak və aparıcı mühəndisi V.Tinkov, Yaponiyanın "JEOL" şirkətinin Rusiya ofisi üzrə baş direktoru H.Tatsumi, "Nikon" şirkətinin Avropa üzrə prezidenti Cənab S.Eimori və baş meneceri A.Vakamiya ilə görüşüb. 
 
 
Görüşdə universitetin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə yeni cihaz və avadanlıqların alınması məsələləri müzakirə olunub və  BDU əməkdaşlarının vaxtaşırı adıçəkilən şirkətlərin treninqlərində iştirakı xüsusilə qeyd edilib.
 
Eyni zamanda, universitetdə elektron mikroskopun yaradılması məqsədilə "Tokio Boeki" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb, "Nikon" şirkəti ilə ilkin razılığa gəlinib.
 
 
Qonaqlar sonra NANO araşdırmalar mərkəzi və digər elmi-tədqiqat laboratoriyalarında olublar.
 
 
Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə, Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanlı və Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova iştirak ediblər.
 
 
SEYMUR
 



Baxış sayı: 972

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024