12px13px15px17px
Tarix:26/09/14

Yeni qanunlar Avstraliyanın internet şəbəkəsi seqmentində monitorinq aparmağa imkan verəcək

Avstraliya Senatı ölkənin Təhlükəsizlik və Kəşfiyyat Xidmətinə (ASIO) yerli internet şəbəkəsi seqmentində monitorinq aparmaq üçün səlahiyyətlərin verilməsini nəzərdə tutan yeni qanun layihəsini müzakirə edəcək. Ölkənin hüquq müdafiə təşkilatları ehtiyat edirlər ki, yeni qanun jurnalistlərin Avstraliyanın milli təhlükəsizlik məsələləri ilə bağlı materialları dərc etmək imkanını məhdudlaşdıracaq.
 
Yeni qanun layihəsi parlamentin kəşfiyyat və təhlükəsizlik məsələləri komitəsində ilkin müzakirədən keçib və təsdiqlənmək üçün senata göndərilib. Bununla belə, komitənin təklif etdiyi 13 tövsiyə Avstraliya Vəkillər Assosiasiyasının və mətbuat nümayəndələrinin, eləcə də akademik dairələrin narazılığına səbəb olub. Onların fikrincə, tövsiyələr "ASIO"-nun Avstraliyanın internet istifadəçilərini izləmək və jurnalist araşdırmalarını dərc etməyi məhdudlaşdırmaqla bağlı səlahiyyətlərini tənzimləmir. 
 
Həmçinin Yeni Cənubi Uels Universitetinin professoru Corc Uilyams hesab edir ki, qanun layihəsi və ona edilən düzəlişlər xüsusi xidmət orqanlarının bir orderlə kənar fərdi kompüterlərə və Avstraliya ərazisindəki kompüter şəbəkələrinə çıxış hüququ əldə edəcəyi təqdirdə yarana biləcək ciddi problemləri nəzərə almır. 
 
Bundan başqa, yeni qanuna əsasən, kəşfiyyat xidmətlərinin xüsusi əməliyyatlarına aid informasiyanın açıqlanması kriminal cinayət hesab olunur. Bununla belə, bu formul istisna hal kimi tətbiq ediləcək maddələri nəzərdə tutmur (informasiyanın ictimai maraqlar üçün açıqlanması nəzərdə tutulur). Bu isə o deməkdir ki, 10 illik müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət maddəsi Avstraliyanın bütün sakinlərinə şamil edilə bilər, - " www.securitylab.ru" yazır. 



Baxış sayı: 1095

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024