12px13px15px17px
Tarix:26/09/14

Fərdi məlumatlar üzrə elektron arayışın vətəndaş və təşkilatlara verdiyi üstünlüklər açıqlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) fərdi məlumatlar üzrə elektron arayışın vətəndaş və təşkilatlara verdiyi üstünlükləri açıqlayıb.
 
 
Elektron arayış sistemi vətəndaşlara sutkanın 24 saatı ərzində, istədikləri vaxtda təşkilata onlayn müraciət göndərə bilmələri, vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi, bürokratik proseslərin aradan qaldırılması, işlədikləri müəssisədən arayışın alınmasına zərurətin yaranmaması kimi imkanlar verir.
 
 
Eyni zamanda bu xidmətin tətbiqindən istifadə edən təşkilatlar vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi ilə yanaşı, vətəndaşın fərdi məlumatlarının dəqiq göstərilməsinə əminliyin olması, elektron arayış sistemi vasitəsi ilə təşkilata saxta arayışın təqdim edilməsinin tam aradan qaldırılması, vətəndaşlar tərəfindən şişirdilmiş əmək haqlarının göstərilməsinin qarşısının alınması, əlavə olaraq vətəndaşın iş stajı, iş yeri, vəzifəsi ilə bağlı məlumatlar əldə etmək imkanının yaradılması kimi üstünlük əldə edir.
 
 
Qeyd edək ki, sözügedən elektron arayış “Elektron hökumət” portalında yerləşdirilən “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsi ilə təqdim olunur.
 
 
CAHANGİR
 



Baxış sayı: 847

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020