12px13px15px17px
Tarix:27/09/14

“MilliKart” prosesinq mərkəzi “M+” mobil ödəmə həllini təqdim edib

Azərbaycanın “MilliKart” prosesinq mərkəzi “goSwiff” ilə birlikdə “M+” mobil ödəmə həllini təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən,  “M+” mobil cihazlar vasitəsi ilə ödəniş kartlarının qəbulu üçün hazırlanmış mobil ödəmə platformasıdır. Mükəmməl identifikasiya texnologiyası sayəsində “M+” mobil ödəmələr aləmində təhlükəsizliyi yüksək səviyyədə təmin edir.
 
 “M+” həllinin universallığı yüksək miqyaslaşdırma ilə fərqlənməyə imkan verir və bu da öz növbəsində həm mikro-ticarət obyektləri olan kiçik biznesin, həm də minlərlə agenti olan böyük biznesin ehtiyaclarına cavab verir.  
 
Banklar üçün bu, ticarət obyektlərini rəqabətə dayanıqlı həllər ilə təmin etmək, iddialı mPOS strategiyalarını həyata keçirmək, mövcud və gələcək ödəniş sahəsinin problemlərini həll etmək imkanıdır. Ticarət obyektləri üçün “M+” həllinin gücündən tam istifadə edərək satış həcmlərini artırmaq, istehlakçıları geniş müştəri təcrübəsi ilə təmin etmək, onları sədaqətləri üçün mükafatlandırmaq və nəhayət, istehlakçılar üçün tam təhlükəsizlik istədiyi məhsulu istədiyi yerdə almaq və müvafiq məhsullara sadiq qaldıqları üçün mükafat almaq imkanıdır.
 
Ödəmə həllərində mühüm bazar iştirakçılarından olan “MilliKart”  “M+” həlli vasitəsilə Azərbaycandakı ticarət obyektlərinə və istehlakçılara daha çox ödəmə alternativi təqdim edəcəkdir. Azərbaycan hökuməti nağd əməliyyatların payını azaltmaqla nağdsız ödənişləri təşviq edir. “M+”  “Visa” və “MasterCard” ilə kart əməliyyatlarında müştərilərin təhlükəsizlik, rahatlıq və etibarlılıq ehtiyaclarına tam cavab verir.
Smartfon və ya planşet (iOS və Android), kart oxucu və “M+” əlavəsindən istifadə edərək, kassir kart əməliyyatlarını sürətlə və asanlıqla həyata keçirə bilər. “Apps Store” və “Google Play”-dən yüklənən əlavə istənilən mühit, məkan və zamanda əməliyyatların keçirilməsinə imkan verir və ödənişin təsdiqi müştəriyə elektron poçt və ya sms vasitəsilə göndərilir. Ətraflı məlumat üçün “http://www.mpos.az” -ı ziyarət etmək olar.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1134

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020