12px13px15px17px
Tarix:29/09/14

“Apple”ın top-menecerləri şirkətin 143 milyon dollar dəyərində səhmini satıblar

“Barron's” maliyyə bloqu yazır ki, “Apple”ın baş direktoru Tim Kuk daxil olmaqla, top-menecerlər şirkətin 143 milyon dollar məbləğində səhmini satıblar.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Tim Kuk 35,25 milyon dollar dəyərində 348 mindən çox səhm, marketinq üzrə vitse-prezident Fil Şiller 35,26 milyon dollar dəyərində 349 min səhm, maliyyə direktoru Luka Maestri 1,6 milyon dollar dəyərində 16.37 min səhm satıblar.
Bundan başqa, “Apple”ın əməliyyatlar üzrə vitse-prezidenti Ceffri Uilyams 35,23 milyon dollar dəyərində 349 min səhm, şirkətin əsas hüquqşünası Bryus Syuell 35,39 milyon dollar məbləğində 349 min səhm satıb.

Səhmlər 5-22 sentyabr tarixlərində satılıb. Sentyabrın 2-də səhmlərin qiyməti rekord – 103,74 dollar təşkil edib. Bundan sonra səhmlərin dəyəri sentyabrın 24-də “iOS 8” yeniləməsi və “iPhone 6 Plus” smartfonunun deformasiyası ilə bağlı problemlər fonunda 3,5% azalıb.

Emil Hüseynov



Baxış sayı: 787

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020