12px13px15px17px
Tarix:29/09/14

“Oracle” Almaniyada iki yeni data mərkəzi yaradıb

“Oracle” şirkəti “Vodafone” şirkəti ilə tərəfdaşlıq əsasında “Əşyalar interneti” modelinin tətbiqi məqsədi ilə Almaniyada iki yeni data mərkəzi yaradıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, data mərkəzlər Frankfurtda və Münhendə yerləşib. Yeni istehsal gücləri iki həftə ərzində işə salınacaq, ilin sonuna kimi isə onların tam gücü ilə istismarına başlanacaq. Daha öncə isə, korporasiya Böyük Britaniyada və Niderlandda data mərkəzlər yaradıb.


“Oracle”-ın EMEA regionu üzrə vitse-prezidenti Luis Le Qiskyunun  sözlərinə əsasən, istehsal gücləri  Mərkəzi və Qərbi Avropada yerləşən biznes nümayəndələrinə “bulud” həlləri təqdim ediləcək.
 
 O, həmçinin qeyd edib ki, Milli Təhlükəsizlik Agentliyinin iradları və haker hücumları ilə bağlı son qalmaqallar fonunda, Avropa biznes mühitində məlumatların lokal saxlamasına və onların təhlükəsizliyinin təmin edilməsinə ehtiyac duyulur.

Le Qiskye deyib ki, Almaniyada bir çox biznes nümayəndələri ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən reallaşdırılmış PRİSM izləmə proqramı haqda məlumat yayıldıqdan sonra öz məlumatlarının lokal şəkildə yerləşdirilməsi haqda düşünməyə başlayıblar.
Amma zəmanət verilmir ki, alman data mərkəzlərində saxlanılan məlumatlar dünyanın digər hissələrində yerləşən serverlərinə ötürülməyəcək.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1306

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024