12px13px15px17px
Tarix:29/09/14

İnformasiya texnologiyaları və təhlükəsizliyi standartlarının təşviqi üzrə forum keçiriləcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə gələn ay informasiya texnologiyaları və təhlükəsizliyi standartlarının tətbiqi və təşviqi üzrə forum keçiriləcək.
 
Forumun əsas məqsədi ölkəmizdə bu sahədə olan İSO beynəlxalq standartlarının tətbiqi, mövcud sahələrə inteqrasiya imkanlarını müəyyən etməkdir.
 
Belə ki, İSO 27000 “İnformasiya təhlükəsizliyi”, İSO 20000 “İnformasiya texnologiyaları idarəetmə sistemləri”, İSO 22301 “Proseslərin davamlılığı” adlı standartların tətbiqi əsas hədəflərdir.
 
Komitədən bildirilib ki, forumda Azərbaycanın, Rusiyanın aparıcı telekommunikasiya şirkətlərinin və Britaniya Standartlar İnstitutunun nümayəndələrinin məruzələri nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1408

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024