12px13px15px17px
Tarix:30/09/14

Vətəndaşlar fərdi identifikasiya kartı ilə təmin olunacaqlar

Son illər biometrik eyniləşdirmə sisteminin qurulması istiqamətində əsaslı işlər görülüb, müvafiq qanunvericilik bazası yaradılıb, vətəndaşların şəxsiyyətini təsdiq edən elektron sənədlərin tətbiqinə başlanılıb. Habelə vətəndaşların fərdi identifikasiya kartı ilə təmin olunması nəzərdə tutulur.
 
Kartda doğum haqqında, eləcə də elektron sağlamlıq kartındakı informasiyalar, 5 yaşından sonra üzərində fotoşəkil və hər bir şəxslə bağlı fərdi dolğun məlumatlar əks olunacaq. Bu barədə Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında məlumat verilib.
 
Nazirlikdən bildirilib ki, iclasda “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunun tətbiqi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin 2014-cü il 9 sentyabr tarixli fərmanlarından irəli gələn vəzifələrin icrası üzrə tədbirlər müzakirə olunub.
 
Bununla əlaqədar dövlət başçısının tapşırıqlarına əsasən Ədliyyə Nazirliyinə yeni vəzifələr həvalə olunub və kollegiyada kartın təsviri və strukturu, onun hazırlanması və verilməsinə dair prosedurlar müasir İKT-lərin köməyi ilə əyani nümayiş etdirilib, qarşıda duran vəzifələrə, o cümlədən kartda zəruri informasiyaların əks olunması, regional və yerli ədliyyə orqanlarında müvafiq texniki avadanlıqla təchizat və zəruri infrastrukturun yaradılması, proqram təminatının formalaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və s. ilə bağlı tapşırıqlar verilib.
 
 
Kollegiyada vətəndaş müraciətləri ilə işin vəziyyəti müzakirə olunub, bu zaman dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tapşırıqları vurğulanıb. Ədliyyə orqanlarında və məhkəmələrdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması daim diqqətdə saxlanılaraq bu sahədə görülən məqsədyönlü işlər, o cümlədən vətəndaşların qəbulu qaydasının təkmilləşdirildiyi, səyyar qəbulların mütəmadi xarakter daşıdığı, müasir İKT-lərin və elektron xidmətlərin geniş tətbiqi, ərizə və şikayətlərə təxirəsalınmadan baxılıb həlli məqsədilə nazirlikdə “Qaynar xətt”lərin yaradıldığı qeyd olunub.
 
Bildirilib ki, “Qaynar xətt”lərə daxil olan şikayətlər təhlil olunaraq nəzarətə götürülür və müvafiq zəruri tədbirlər görülür. Bununla belə iclasda bu sahədə mövcud çatışmazlıqlar müzakirə edilərək vətəndaşların müraciətlərində qaldırılan məsələlərə diqqətlə yanaşılması, onların, o cümlədən “Qaynar xətt” və elektron poçt vasitəsilə daxil olan şikayətlərin çevik həlli, vətəndaşların qəbulu və “Qaynar xətt”in işinin effektivliyinin artırılması, kadr potensialının gücləndirilməsi və digər tədbirlər müəyyən edilib.
 
 
İclasda həmçinin, ölkəmizdə yuvenal ədliyyənin tətbiqi məsələləri müzakirə olunub, bildirilib ki, son illər yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraiti xeyli yaxşılaşdırılıb, hüquqları genişləndirilib, bu sahədə YUNİSEF-lə səmərəli əməkdaşlıq edilir.
 
Kollegiyada yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilərkən hüquqlarının müdafiəsinin gücləndirilməsi, psixoloji aspektlərin nəzərə alınması, yeni yanaşmaların tətbiqi, məhkəmədə belə işlərə baxılması qaydasının müasir İKT-lərin imkanlarından istifadə etməklə təkmilləşdirilməsi, yuvenal ədliyyə sahəsində təlimlərin keçirilməsi və s. ilə bağlı tədbirlər müəyyən olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1209

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Avqust 2020

14/08/20
“Google Lookout” proqramı gözdən əlil insanlara məhsulları tanımağa və sənədləri oxumağa kömək edəcək

“Google” şirkəti ilk dəfə 2019-cu ildə zəif görənlər üçün “Lookout” mobil proqramını istifadəyə verib

14/08/20
“Google Fuchsia OS” sistemi sertifikasiyadan keçib

“Bluetooth” standartlarının hazırlanması və bu texnologiya ilə təchiz edilən qurğuların sertifikatlaşdırılması ilə məşğul olan 

14/08/20
“Vivo S1 Prime” smartfonu rəsmən təqdim edilib

“Vivo” şirkəti 48 mp-lik kamera və “Snapdragon 665” prosessoru ilə təchiz edilmiş yeni “S1 Prime” smartfonunu təqd

14/08/20
“Lenovo” və “HP” dünya noutbuklar bazarının yarısına nəzarət edir

“Strategy Analytics” şirkəti portativ kompüterlərə tələbatın kəskin artmasını açıqlayıb

14/08/20
“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

Altıncı nəsil mobil rabitə şəbəkəsi üzrə pilot layihə 2026-cı ildə istifadəyə veriləcək. Bu barədə “BusinessKorea” nəşrinin Cənubi Ko

14/08/20
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdar edir

Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması

14/08/20
Yeni “iPhone” smartfonlarının təqdimat tarixi açıqlanıb

“iPhone 12” seriyalı yeni smartfonların təqdimatı gözləniləndən daha gec keçiriləcək

13 08 2020

13/08/20
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean 

13/08/20
Dünyada milyonlarla istifadəçi Çinin casus proqramlarını quraşdırıb

Mütəxəssislərin araşdırmasına görə, dünyada milyonlarla istifadəçi “QuVideo Inc.” şirkətinin 

13/08/20
Cənubi Koreyada “5G” şəbəkələrinin sürəti ölçülüb

Cənubi Koreyanın paytaxtı Seulda və ölkənin digər altı böyük şəhərində beşinci nəsil mobil rabitə 

13/08/20
“Twitter”də yeni funksiya istifadəyə verilib

“Twitter” mikrobloqlar xidməti istifadəçilərə onların yazılarına cavab verə bilən şəxslərin dairəsini

13/08/20
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

Bu gün Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir

13/08/20
“Honor Hunter” oyun noutbukları hazırlanır

Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinə məxsus “Honor” markası yeni seriyalı portativ kompüterlərin haz

13/08/20
Maliyyə təşkilatlarının pandemiyaya görə İT xərcləri 5 faiz azalacaq

“Gartner” analitik şirkəti 2020-ci ildə maliyyə sektorunda qlobal informasiya texnologiyaları (İT) xərclərinin koronavirus pandemiyasına&n

13/08/20
“iPhone 12” smartfonunun gücü açıqlanıb

Yeni “Apple” smartfonunun gücü kompüterin məhsuldarlığına bərabər olacaq

13/08/20
Dünyanın ən bahalı brendləri məlum olub

“Kantar” analitik agentliyi dünyada ən bahalı brendlərin yenilənmiş illik reytinqini