12px13px15px17px
Tarix:30/09/14

Moskvada Azərbaycanın da daxil olduğu “Elmi-texniki innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək

6 noyabr 2014-cü il tarixində Moskva şəhərində Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin (BETİM) qərargahında “Elmi-texniki innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans və BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 65-ci (7 noyabrda) iclası keçiriləcək.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib.
 
Mərkəzdən qeyd edilib ki, konfransda BETİM-ə üzv dövlətlərin milli təşkilatların, tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır. Məruzələrin istiqamətlərinə “ETTKİ və milli innovasiya sistemləri (MİS) sahəsinin inkişafının qurulması və tendensiyaları məsələləri”, “Beynəlxalq elmi-texniki və innovasiya əlaqələrinin inkişafı və konfransın iştirakçı ölkələrində innovasiya iqtisadiyyatının formalaşmasında onların rolu” daxildir. Konfransda iştirak pulsuzdur. Rəsmi dilləri rus və ingilis olan konfransda sinxron tərcümə təmin ediləcək.
 
 
Qeyd edək ki, Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzi çoxtərəfli, hökumətlərarası razılaşmaya uyğun olaraq yaradılmış təşkilatdır. Azərbaycanın da daxil olduğu BETİM-in 22 üzv dövləti var. Burada Bolqarıstan, Macarıstan, Almaniya, Monqolustan, Polşa, Rumıniya, Rusiya, Çexiya, Slovakiya, Kuba, Vyetnam, Gürcüstan, Türkiyə, Hindistan, Koreya Xalq Demokratik Respublikası, Belarus, Estoniya, Ukrayna və başqaları yer alır. Mərkəzin əsas vəzifəsi elm, texnologiya və biznes sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində üzv dövlətlərə informasiya, analitik, konsultasiya və təşkilati dəstəyinin göstərilməsindən ibarətdir. BETİM-in qərargahında hazırda 150-dən artıq mütəxəssis çalışır.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1296

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024