12px13px15px17px
Tarix:30/09/14

Almaniyanın istehlakçı təşkilatları sosial şəbəkənin yeni reklam texnologiyasına etiraz edir

“Facebook” şirkətinin Almaniyada işə saldığı yeni “Atlas” reklam şəbəkəsi reklamçılara sosial şəbəkədə istifadəçilər haqqında saxlanılan ətraflı məlumatlardan istifadəyə imkan verəcək. “Atlas” istifadəçiləri onların şəbəkəyə hansı qurğudan (smartfon, noutbuk, planşet və ya masaüstü kompüter) daxil olmasından asılı olmayaraq reklamla təchiz edəcək.  
 
Almaniya İstehlakçı Təşkilatlar Federasiyasının (VZBV) nümayəndələri bildiriblər ki, “Atlas” istifadəçilərin şəbəkədə özlərini necə aparması ilə yanaşı, onların real adı, yaşı, cinsi, yaşadığı yer və təhsili haqqında məlumata malikdir. Federasiya əməkdaşları həmçinin qeyd edirlər ki, “Facebook” təmsilçiləri reklamçıların anonim məlumat alacaqlarını bildirsələr də, belə genişhəcmli informasiyada real anonimliyi təmin etmək çətin olacaq. “Facebook” məqsədli reklamdan imtina etməyə imkan verir, lakin saytda müvafiq düymə ayrı-ayrı qurğular və brauzerlər üçün basılmalıdır. Bundan başqa, “cookie” fayllarının silinməsi zamanı sazlanan funksiyalar itir. "VZBV” nümayəndələri belə üsulu qəbuledilməz hesab edirlər. Təşkilat nümayəndələrinin fikrincə, məqsədli reklamdan tam yayınmaq üçün yeganə üsul reklamı bloklayan proqramlardan istifadə ola bilər, - "Computerworld ” yazır.



Baxış sayı: 1158

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024