12px13px15px17px
Tarix:01/10/14

“Microsoft” yeni “Windows 10” əməliyyat sistemini nümayiş etdirib

“Microsoft”un əməliyyat sisteminin (ƏS) növbəti versiyası “Windows 10” adlanacaq. Bu haqda ABŞ şirkətinin nümayəndələri San-Fransiskoda jurnalistlərlə görüş zamanı bildiriblər.
 
Görüşdə bildirilib ki, yeni ƏS-nin tərtibatçıları məhsulun doqquzuncu versiyasından yan keçərək onun üçün hazırlanmış həlləri sistemin yeni variantında istifadə etməyə qərar verib. Bildirilib ki, yeni sistemdə əvvəlki “Windows 8” platformasında çıxarılmış ənənəvi funksiyalar bərpa ediləcək.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Microsoft” istifadəçilərin istəklərini nəzərə alaraq onları əmin edib ki, sistemin yeni versiyası ilə iş zamanı problem yaşanmayacaq.
 
Emil Hüseynov



Baxış sayı: 1134

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024