12px13px15px17px
Tarix:01/10/14

Azərbaycan internet xidmətləri bazarının yeni reytinqi müəyyənləşib

“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Uninet”, “Aztelekom”, “Azeronline”, “DataPlus” şirkətlərinin kəskin rəqabəti ötən ay da davam edib, lakin bu onların mövqelərinə təsir göstərməyib.
 
Belə ki, son bir ay ərzində “Bakinternet” dövlət internet provayderinin bazar payı 18,07 % təşkil edib.  “Uninet”in payı 2% artaraq 14,3%, “Aztelekom”un payı 1% artaraq 12,8 % təşkil edib.
 “Azeronline”nın bazar payı azalaraq 10,5%, “Dataplus” şirkətinin bazar payı 6,9%, “Connect” şirkətinin 5,5% təşkil edib.
 
 “Azqtel”in payı iki dəfə artaraq 4,6%- təşkil edib.

Onların ardınca 3,7% bazar payı ilə –“Ultel”, 3,4%  “Castel”, 3,15%  “Adanet”, 3,33% “Azstarnet”, 2,7 “Smart”, 1,7%  “Avirtel”, 1,7%  “Azeurotel”, 1,4%  “Nakhchivan” qərarlaşıblar. Digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.

Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.

 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 1138

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024