12px13px15px17px
Tarix:01/10/14

“Bakcell”in “Smart Start” təcrübə proqramı başa çatıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin  “Smart Start” adlı təcrübə proqramı başa çatıb.

Proqramda iştirak edən 22 gənc “Bakcell”in insan resursları, marketinq, biznes texnologiyaları, maliyyə, xidmət və məhsulun inkişafı, müəssisə resurslarının planlaşdırılması, pərakəndə satış və distribusiya və müştəri xidmətləri şöbələrində təcrübə keçiblər.

Onlardan 6 nəfər ən uğurlu namizədə isə proqramın sonunda şirkətdə iş təklif olunub.
 
“Azərbaycanın ən iri şirkətlərindən biri olan “Bakcell” müxtəlif tərəfdaşları ilə birlikdə və təklikdə həyata keçirdiyi bir neçə proqram vasitəsilə gənclər üçün iş imkanlarının yaradılmasına çalışır. Təcrübə proqramları təhsilini yenicə başa vurmuş gənclər üçün çox önəmlidir və onların iş həyatı üçün başlanğıc nöqtəsi rolunu oynayır. “Bakcell”in həyata keçirdiyi növbəti təcrübə proqramı        da uğurla yekunlaşdı. Mən bu proqramda çox böyük uğur qazanmış 6 gənci “Bakcell ailəsi“nə qoşulmaları münasibətilə təbrik edirəm. Bu, təkcə daimi işlə təmin olunan 6 nəfər üçün yox, qalan 18 nəfər üçün də çox faydalı bir başlanğıc idi. Onlar həm 1500- dən artıq gəncin arasından seçilmişdilər, həm də ölkənin ən böyük şirkətlərindən birində təcrübə keçmək imkanı qazanmışdılar”, - deyə “Bakcell”in baş icraçı direktoru cənab Riçard Şirer bildirib. 
 
Qeyd edək ki, təcrübə proqramında iştirak üçün “Bakcell” şirkətinə 1500-dən çox müraciət daxil olub.
 
RƏVAN
 



Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020