12px13px15px17px
Tarix:02/10/14

“Kasperski laboratoriyası” Avropanın hüquq-mühafizə orqanlarına məhsullarını və rəyini təqdim edəcək

 “Kasperski laboratoriyası” şirkətinin rəhbəri Yevgeni Kasperski və İnterpolun baş katibi Ronald Noubl arasında saziş imzalanıb.

Sazişə əsasən, “Kasperski laboratoriyası” İnterpolun Sinqapurdakı yüksək texnologiyalar sahəsində cinayətlərin təhqiqatı ilə məşğul olan xüsusi bölməsinə məhsullarını və rəyini təqdim edəcək.    
 
Bundan başqa, Avropa İttifaqının (Aİ) “Avropol” Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) direktoru Trols Ortinq ilə memorandum imzalanıb. Sənəd şirkət və Aİ-nin hüquq-mühafizə təşkilatı arasında sıx əməkdaşlıq üçün əsas olacaq.
 
“Kasperski laboratoriyası” İnterpol ilə 2013-cü ilin aprelindən əməkdaşlıq edir. Yeni saziş çərçivəsində şirkət təhdidlərin aşkar edilməsi üzrə xidmətlərini və rəyini, eləcə də İnterpolun xüsusi bölməsinin rəqəmli kriminalistika laboratoriyasının yaradılması və yeni təsis edilmiş mərkəzin digər funksiyalarının dəstəklənməsi üçün texnoloji bazasını təqdim edəcək. “Kasperski laboratoriyası” həmçinin İnterpol zabitləri üçün zərərli proqramların təhlili məsələlərində öz rəyini bildirmək, rəqəmli izlərin və sübutların aşkarlanması, eləcə də maliyyə təhdidlərinin öyrənilməsi məqsədilə treninqlər keçirir. Bundan əlavə, şirkətin aparıcı antivirus analitiklərindən biri İnterpolun xüsusi bölməsinin müvəqqəti sərəncamına veriləcək, - "Computerworld ” yazır.
 



Baxış sayı: 1453

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024