12px13px15px17px
Tarix:02/10/14

Avropa və Asiyanı birləşdirən yeni magistral rabitə kanalı çəkilib

Rusiyanın “Vımpelkom” şirkəti Avropa və Asiyanı birləşdirən yeni magistral rabitə kanalı tranzit marşrutunun təşkili üzrə layihənin başa çatdırılmasını açıqlayıb.

Çin, Qazaxıstan, Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazisindən keçən kabel xəttinin uzunluğu Frankfurt-na-Mayndan şəhərindən (Almaniya) Horqosodək (Qazaxıstan və Çində çay) 9 min km-i ötür. Miqyaslı layihə “China Telecom” və “TNS-Plus” şirkətləri ilə birgə həyata keçirilib. Optik-lif xətti Avropa və Asiya arasında bütün növ telekommunikasiya trafikinin buraxılması üçün nəzərdə tutulub.
 
Yeni marşrut üzrə çəkilən tranzit xətti kanallarının bölünən tutumu 1 Qbit/saniyədən 10 Qbit/saniyəyədək təşkil edən beynəlxalq rabitə xidmətlərini göstərməyə imkan verir. Bununla yanaşı, Frankfurt-na-Mayndan Horqosodək siqnalın dairəvi yubanması (Round trip delay, RTD) 93 milli/saniyə təşkil edir.  
 
“Layihənin nəticəsi müasir telekommunikasiya bazarının yüksək tələbələrinə tam cavab verir. Biz yeni əraziləri kəşf etməklə yanaşı, bunu abunəçilər üçün maksimum faydalı etmişik”, - “Vımpelkom”un nəqliyyat şəbəkəsinin direktoru Dmitri İlin deyib, - "CNews” yazır.



Baxış sayı: 1571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024