12px13px15px17px
Tarix:02/10/14

Azərbaycanda dövlət qeydiyyatdan keçməyən radioelektron vasitələr aşkarlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri  cari ilin 9 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən, təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) müvafiq qaydada texniki baxış keçirərək 520 akt tərtib edib.
 
İdarədən verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 271 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.
 
Onlardan 115 ədədi möhürlənib, 107 ədədi qeydiyyata salınıb və 49 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
 
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 25 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
CAHANGİR



Baxış sayı: 1606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020