12px13px15px17px
Tarix:02/10/14

“LG F60” smartfonu nümayiş etdirilib

"LG F Series" smartfonlarının istehsal xəttinə "LG F60" modeli əlavə edilib.
 
Bu qurğuda 800x480 piksel təsvir ölçülü 4,5 düymlük IPS ekran, 1.2 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 400" prosessoru, 5 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralarla təchiz olunub.
 
Bundan başqa, aparat 1 QB əməli yaddaş, 4 və ya 8 QB daxili yaddaş, 32 QB tutumadək microSD çıxarılıb taxılan daşıyıcıları üçün slot, Wi-Fi 802.11 b/g/n, Bluetooth 4.0, GPS/A-GPS və NFC modulları ilə təchiz olunub. Cihaz dördüncü nəsil (LTE) şəbəkəsinə qoşula bilir.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, istehsalçı aparatın avtonom iş vaxtını açıqlamayıb, amma akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir.
Smartfona "Android 4.4.2 KitKat" əməliyyat sistemi quraşdırılıb.

Məhsulun ölçüləri 127,5 x 67,9 x 10,6 mm, çəkisi 129,6 qram təşkil edir. Smartfon SIM kartlar üçün bir və iki slota malik versiyalar şəkildə satılacaq. Aparat qara və ağ rənglərdə əlçatan olacaq.
 
Aparatın qiyməti hələ ki bilinmir.
 
Emil Hüseynov



Baxış sayı: 1569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024