12px13px15px17px
Tarix:03/10/14

“Microsoft Office” ofis paketinə yeni proqram əlavə edilib

“Microsoft” ofis paketinə saytların yaradılması üçün “Sway” proqramını əlavə edib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Sway” proqramı mobil və masaüstü qurğulardan daxil olmaq mümkün olan saytlar yaratmağa imkan  verəcək. İstifadəçilər veb səhifəni hazırlayan zaman mətn, qrafika və videoməlumatlardan istifadə edə, həmçinin interaktiv elementlər yarada bilərlər. İstehsalçı iddia edir ki, məhsul istifadəçidən proqramda işləmək üçün xüsusi hazırlıq tələb etmir.
 
“Sway” proqramında yaradılmış internet layihələri üçün “Microsoft OneDrive” bulud saxlancının imkanları əlçatandır.
 
1995-2003-cü illərdə “Microsoft Office” ofis paketinə veb səhifələrin yaradılması üçün “FrontPage” proqramı daxil edilib, amma sonralar çıxarılıb.
 
Emil Hüseynov



Baxış sayı: 1719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024