12px13px15px17px
Tarix:03/10/14

“İnformasiya-kommunikasiya texnologiyaları ”Texniki Komitəsi iki yeni standart təsdiq edib

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Standartlaşma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsinin (TK 05) növbəti iclası keçirilib.
 
Tədbir Avropa İttifaqının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Twinning" layihəsinin beynəlxalq ekspertlərinin, TK 05-in üzvü olan yerli İKT şirkətlərinin nümayəndələrinin, Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyevin iştirakı və Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilib.
 
Tədbir çərçivəsində Texniki Komitə ISO (International Standardization Organization) beynəlxalq əməkdaşlıq fəaliyyətində müşahidə olunan yeni tendensiyalar müzakirə edilib və Azərbaycana üzv ölkə kimi ISO-nu beynəlxalq səviyyədə dəstəkləmək tövsiyə edilib ki, gələcəkdə qarşılıqlı əməkdaşlıq daha səmərəli şəkildə davam etdirilsin.
 
Beynəlxalq ekspertlər Azərbaycanın İKT üzrə Texniki Komitəsinin işini  və ölkədə Texniki komitələrin fəaliyyətinin maliyyələşdirilməsinin həyata keçirilməsində dövlətin iştirak etmək təklifini sevindirici hal kimi qiymətləndirir.  Çünki Avropada bu komitələr adətən maraqlı tərəflərin üzvlük haqları sayəsində maliyyələşdirilir və bu da sonda qərarların qəbulunda özünü göstərir.
N. Tağıyev Azərbaycanda həyata keçirilən "Twinning" layihəsi çərçivəsində bu ildən etibarən standartlaşdırma sisteminin beynəlxalq səviyyəyə çatdırılması, bu sahədə qanunvericiliyin, texniki komitələrin işinin təkmilləşdirilməsi, standartların satış sisteminin yaradılması və bu sahədə informasiya texnologiyalarının tətbiqini nəzərdə tutduğunu qeyd edib.
E. Vəlizadə öz növbəsində TK05 tərəfindən artıq 35 İKT standartının qəbul olunduğunu bildirib.  Nazir müavini Məlumat Hesablama Mərkəzinin informasiya təhlükəsizliyi üzrə İSO 27001 standartı üzrə sertifikat aldığını qeyd edərək bu sahədə daha bir neçə standart üzərində işlərin aparıldığını deyib.
 
Sonda TK05 üzvləri İnformasiya Təhlükəsizliyi  üzrə İSO/İEC 27032-2012 (İnformation Technology-Security techniques - Guidelines for cybersecurity), İSO/İEC 27035-2011 (İnformation Technology – Security techniques - İnformation security incident management) beynəlxalq standartları əsasında hazırlanmış identik milli standartları müzakirə edərək təsdiq etdilər.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 1255

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020