12px13px15px17px
Tarix:08/10/14

ABŞ və Hindistan Marsın və Yerin birgə tədqiqinə dair saziş imzalayıb

Ötən ay ABŞ Kosmik Agentliyinin (NASA) "MAVEN" (Mars Atmosphere and Volatile Evolution) və Hindistan Kosmik Agentliyinin "MOM" kosmik aparatları Mars orbitinə uğurlu eniş edib.

Hindistanın planetlərarası tədqiqata yeni iştirakçı kimi qoşulması münasibətilə "NASA" rəhbəri Çarlz Bolden və Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) rəhbəri K.Radxakrişan arasında iki ölkənin Marsın gələcəkdə birgə tədqiqi, eləcə də Yerin müşahidəsi üzrə bu onilliyin sonuna planlaşdırılan birgə kosmik missiyaya dair ikitərəfli sənədlər imzalanıb. 
 
İki kosmik agentlik rəhbəri arasında müvafiq razılaşma Torontoda (Kanada) illik Beynəlxalq astronavtika konqresi çərçivəsində imzalanıb. Birinci saziş çərçivəsində "NASA-ISRO Mars" işçi qrupu yaradılacaq. Vəzifəsi Marsla bağlı proqramların və elmi-texniki məqsədlərin müəyyənləşdirilməsi olan qrup ildə bir dəfə görüş keçirəcək. Qrup tərəfindən qəbul edilən qərarlarla "NASA" və "ISRO" agentlikləri məşğul olacaq. Həmçinin Marsa – Qırmızı planetə birgə missiyaların təşkili imkanlarının müzakirə ediləcəyi gözlənilir. Əməkdaşlıq nümunələrindən biri kimi, məsələn, tərəflər arasında Marsın "MAVEN" və "MOM" kosmik aparatlarından müşahidəsi və təhlili ilə bağlı informasiyanın ikitərəfli ötürülməsi ola bilər.
 
İkinci saziş ölkələri və onların "NASA" və "ISRO" kosmik agentliklərini sintezləşdirilmiş aperturalı radiolokasiya stansiyasının (NISAR) tikintisi birləşdirir. Stansiyanın 2020-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Yeni orbital peyk Yer səthində baş verən dəyişikliklərin ölçülməsi ilə məşğul olacaq.
 
"NASA" və Hindistan mütəxəssislərinin kosmosda əməkdaşlığı uzun müddətdir davam edir" – "NASA" elmi missiyalar şöbəsinin müdiri Con Qransfild bildirib. 
 
"NASA" və "ISRO" arasında Yerin və Marsın tədqiqi üzrə yeni sazişlərin imzalanması tərəfdaşlıq əlaqələrini, eləcə də dostluq və elmi münasibətləri daha da gücləndirəcək və planlaşdırılan nəticələri əldə etməyə imkan verəcək", - o vurğulayıb, - "Hi-Tech News " yazır.



Baxış sayı: 819

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024