12px13px15px17px
Tarix:26/08/11

“Android” platformasında olan 200 dollarlıq planşet

Satışa 7 düymlü ekranla təchiz edilmiş “X10 AirPad” planşet kompyuteri çıxarılıb. İstehsalçılar qurğunu 200 dollarlıq qiymət kateqoriyasında bazarda ən yaxşı planşet adlandırıblar.

Yeniliyin “ürəyi” “Cortex A8” arxitekturalı 1.2 QHz takt tezlikli “Rockchip 2918” prosessorudur; əməli yaddaş tutumu 512 MB-a bərabərdir. Planşet 4 QB tutuma malik fləş modul ilə təchiz olunub; 32 QB tutuma qədər çıxarılan “MicroSD” kartları istifadə edilə bilər.

Ekran 800×480 nöqtə kəskinliyə malikdir; sensor interfeysi dəstəklənir. Planşet 2 meqapiksel kamera, “Wi-Fi” simsiz rabitə adapteri, akselerometr, “USB” portu və “HDMİ” çıxışı ilə təchiz olunub.

Akkumulyator batareyasının bir yükləməsində avtonom iş internetdə və ya videoya baxdıqda 6 saata, musiqiyə qulaq asdıqda isə 20 saat müddətə çatır.

“X10 AirPad” planşetinin ölçüləri 195×120×13 millimetr, çəkisi isə 400 qramdır. Planşet “Android 2.3” əməliyyat sistemi ilə işləyir; qiymət 199 dollar təşkil edir.



Baxış sayı: 1778

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024