12px13px15px17px
Tarix:08/10/14

ABŞ istehsalçısı iki şirkətə bölünür

Kompüter nəhəngi “Hewlett-Packard” (HP) şirkəti iki hissəyə bölünməklə bağlı niyyətini rəsmən təsdiq edib.

Birinci şirkət – “HP Inc” fərdi kompüter və poliqrafiyada ixtisaslaşacaq, eləcə də “3D” çapla məşğul olacaq. “Hewlett-Packard Enterprise” adlandırılacaq ikinci şirkət korporativ seqment, proqram təminatı, infrastruktur, servis və maliyyəni əhatə edəcək. Bu barədə xəbər açıqlanandan sonra şirkətin səhmlərinin dəyəri 8 faizdən çox artıb.

Meq Uitman korporativ biznesə rəhbərlik etməklə şirkətin kompüter və printerlərin istehsalı üzrə sədri olacaq. Maliyyə direktoru Keti Lesjak Patrisiya Russonun sədrliyi ilə "HP Enterprise” şirkətinin idarəetməsini həyata keçirəcək. Həmçinin Dayon Ueysler “HP Inc” şirkətinin icraçı direktoru təyin ediləcək.

Qeyd etmək lazımdır ki, “Hewlett-Packard” üçölçülü çap bazarına çıxmağı çoxdan planlaşdırıb. Əvvəllər şirkət rəhbərliyi bildirib ki, bu bazar daha çox korporativ seqment üçün nəzərdə tutulub.

ABŞ istehsalçısının pres-relizində bildirilir ki, son üç ildə şirkət əsas biznesini möhkəmlədib və sürətlə dəyişən bazarın imkanlarından daha çevik istifadə etməyə hazırdır. Bölünmə ilə bağlı qərar şirkətin antiböhran planına sadiqliyini göstərir. Yenidən yaradılan şirkətlər azadlıq, maliyyə müstəqilliyi və qərarların qəbul edilməsində çeviklik alacaq ki, bu da sürətlə dəyişən mühitə tez adaptasiya olmağa imkan verməklə həm istehlakçıların, həm də investorların tələbatını ödəyəcək.

Bölünmə prosesinin növbəti ilin sonunadək başa çatdırılması planlaşdırılır.


“HP” həmçinin daşınan elektronika istiqamətini inkişaf etdirməyi düşünür. Bir müddət əvvəl bildirilib ki, şirkət yaxın vaxtlarda bahalı “smart” saatlar buraxmaq niyyətindədir, - "Hi-Tech News www.hi-news.ru” yazır.


 



Baxış sayı: 832

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024