12px13px15px17px
Tarix:08/10/14

“ZTE” 6 düymlük “Grand XMax” fabletini elan edib

Çinin “ZTE” şirkəti yeni “Grand XMax” smartfonunu nümayiş etdirib.

Qurğu 1,2 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik “SoC Qualcomm Snapdragon 200” prosessoru, 1280x720 piksel təsvir ölçülü 6 düymlük ekran və HD videoçəkiliş funksiyasına malik 8 meqapiksellik əsas və 1 meqapiksellik ön.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, cihaz, həmçinin 1 QB əməli və 8 QB daxili yaddaş, “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 4.0” simsiz rabitə modulları, standart datçik dəsti və microUSB portu ilə təchiz edilib.

Telefon 3200 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib, danışıq rejimində 6,5 saat, gözləmə rejimində isə 860 saat müddətində avtonom işləyir.

Fabletin qalınlığı 7,87 mm, çəkisi 170 qramdır. Cihaza “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
“ZTE Grand XMax” modeli ABŞ-da elan edilib və hələ ki yalnız orada satılacaq. Smartfonun qiyməti mobil operatorların xidmətlərinə bağlılığı olmadan 200 dollar təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 903

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024