12px13px15px17px
Tarix:08/10/14

Azərbaycanda indiyədək güzəştli şərtlərlə 24 mindən çox kompüter əldə olunub

“Xalq kompüteri” layihəsinə maraq artıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, indiyədək layihə çərçivəsində əldə olunan kompüterlərin sayı 24100 ədədə çatıb.

“Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihədə  təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.

“Xalq kompüteri”  layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.
 
CAHANGİR



Baxış sayı: 999

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024