12px13px15px17px
Tarix:09/10/14

“Skype” Hindistanın mobil və stasionar telefonlarına zəngləri ləğv edir

Noyabrın 10-dan etibarən “Skype” internet telefoniya xidməti tərəfindən abunəçilərin Hindistanın mobil və stasionar telefonlarına zənglərinin yönəldilməsi dayandırılacaq. Bu, xidmətin sahibi olduğu “Microsoft” korporasiyası tərəfindən yerli qanunvericiliyin tələblərinə güzəştə getməsi kimi başa düşülür.
 
Hindistan hakimiyyəti stasionar və mobil telefonlara zənglər üçün “VoIP” texnologiyasından istifadəyə tətbiq olunan qadağanı telekommunikasiya şirkətlərinin investisiyalarının qorunmasının zəruriliyi ilə izah edir. Lakin bir sıra provayderlər internet istifadəçilərinin çıxan zənglərini əvvəlcə beynəlxalq marşrutlar üzrə yönəltməklə sonradan onu Hindistan telefonlarına istiqamətləndirirlər. Hindistan hökuməti və telekommunikasiya şirkətləri assosiasiyaları tez-tez ABŞ şirkətləri ilə mübahisə edərək onları yerli qaydalara əməl etməyə çalışırlar. Amma beynəlxalq şirkətlərin Hindistan filialları adətən bəyan edirlər ki, xidmətlər ABŞ ərazisində yerləşən şirkət tərəfindən göstərilir və onun fəaliyyətinə nəzarət qeyri-mümkündür.
 
“Microsoft” korporasiyasının nümayəndələri qeyd edirlər ki, yeni qaydalar yalnız Hindistan daxilində stasionar və mobil telefonlara edilən zənglərə şamil edilir. “Skype” abunəçiləri arasında danışıqlar pulsuz olaraq qalır. “Skype” vasitəsilə Hindistan nömrələrinə xaricdən, eləcə də Hindistandan xarici ölkələrə zənglər etmək mümkündür, - "Computerworld” yazır.



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si