12px13px15px17px
Tarix:10/10/14

“Azərbaycanda tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi BƏT tərəfindən yüksək dəyərləndirilir”

Azərbaycanda tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi (EİS) olduqca önəmli bir islahat tədbiri kimi böyük önəm kəsb edir və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən yüksək dəyərləndirilir.
 
 Bu fikri ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının uşaq əməyinə dair Avropa, Mərkəzi Asiya və ərəb ölkələri üzrə proqram rəhbəri xanım Snezhina Bedalli əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevlə görüşündə bildirib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, xanım Bedalli fəaliyyət sahəsi olan Avropa, Mərkəzi Asiya və ərəb ölkələrində belə bir mütərəqqi sistemlə rastlaşmadığını, Azərbaycanın bu sahədəki uğurlu təcrübəsinin digər bir çox ölkələr üçün də nümunə ola biləcəyini vurğulayıb. Azərbaycanda tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi barədə daha geniş və ətraflı məlumat verən nazir müavini İ.İsayev bildirib ki, sistemdə  1,3 milyondan artıq əmək müqaviləsi bildirişi qeydə alınıb:
 
 “Əmək bazarı ilə bağlı geniş informasiya bazasını, həmçinin işçilərin  yaş həddini, fotoşəkillərini özündə əks etdirən bu sistem eyni zamanda uşaq əməyinin istismarı hallarının da dərhal aşkar olunmasına imkan verəcək”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 800

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020