12px13px15px17px
Tarix:11/10/14

Milanda keçiriləcək “ItaliaRestarts Up” sərgisinə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və “start-up”lar dəvət olunurlar

2014-cü il 9-10 dekabr tarixlərində İtaliyanın Milan və digər şəhərlərində İtaliya Ticarət Agentliyinin təşkilatçılığı ilə “ItaliaRestarts Up” adlı tədbir keçiriləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və “start-up”lar sərgidə iştiraka dəvət olunurlar.
 
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
 
 
Qeyd edək ki, “ItaliaRestarts Up” İtaliyanın informasiya-kommunikasiya texnologiyaları, enerji, dizayn, biotexnologiya,  nanotexnologiya, ekoloji texnologiyalar, aviyonik, aqrar sənaye texnologiyaları sahələrində ən yüksək artım potensialı ilə seçilmiş “start-up”ları yerli və xarici investorlara təqdim etmək məqsədi daşıyır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 886

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024