12px13px15px17px
Tarix:11/10/14

Yeniyetmələr məşhur sosial şəbəkəni tərk edir

1,3 milyardlıq auditoriyası əsasən məktəbli və tələbələr hesabına başlayan "Facebook” sosial şəbəkəsi artıq yeniyetmələrin diqqətini özünə cəlb etmir.

Bu barədə “Piper Jaffray” analitik şirkəti tərəfindən cari ilin yaz və payızında keçirilən sorğunun nəticələrindən məlum olub. Belə ki, qeyd olunan müddət ərzində 13-19 yaş arası gənclər arasında sosial şəbəkədən istifadə 72 faizdən 45 faizədək azalıb.
 
Bir sözlə, “Facebook”dan istifadə edirsiniz?” sualına, respondentlərin yarıdan azı müsbət cavab verib. Ən məşhur sosial şəbəkəni yeniyetmələrin tərk etməsi onların valideynlərinin qeydiyyatdan keçmədiyi “Instagram” (76 faiz) və ya “Twitter” (59 faiz) kimi daha dəbli servislərin artması ilə izah olunur.
 
Araşdırmanın nəticələrindən o da aydın olub ki, texnoloji şirkətlər arasında uşaqlar daha çox “Apple” məhsullarını qiymətləndirirlər, lakin onların yalnız 16 faizi bu şirkətin “ağıllı” saatlarında maraqlı olduğunu bildirib. 42 faiz qeyd edib ki, “MP3” musiqini (iTunes və digər servislərdə), 18 faiz “Pandora” radiosunu dinləyir. Kompakt disklərdən yeniyetmələrin yalnız 6 faizi istifadə edir. Bundan başqa, əksər sorğu iştirakçıları vurğulayıb ki, 2019-cu ilədək filmlərə "Netflix” onlayn kinoteatrında tamaşa edəcək, - “Vesti” yazır.  



Baxış sayı: 1018

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024