12px13px15px17px
Tarix:13/10/14

“Samsung” “Wi-Fi” texnologiyasının smartfonlar üçün yeni standartını hazırlayıb

Cənubi Koreyanın “Samsung” korporasiyası “Wi-Fi” texnologiyasının 802.11ad versiyasını hazırlayıb. Şirkətin saytındakı informasiyaya əsasən, smartfon sahibləri informasiyanı artıq beş dəfə daha sürətli yükləyəcəklər.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "60 QHs yüksək tezlikdə işləyən yeni standart sayəsində 1 QB tutumunda filmi smartfona üç saniyədə yükləmək mümkün olacaq –  şirkətdən bildirilib. Məlumatlar saniyədə 4,6 Qbit sürətlə ötürüləcək".

Beləliklə, bir saniyədə 575 MB məlumat yüklənəcək. Mövcud standartlar eyni müddətdə 108 MB informasiya yükləməyə imkan verir.

Yaxın gələcəkdə yeni texnologiyanı portativ elektron qurğularda (planşet, smartfon, həmçinin xüsusi telekommunikasiya və tibbi avadanlıq) istifadə etmək planlaşdırılır.

Emil Hüseynov
 



Baxış sayı: 1027

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024