12px13px15px17px
Tarix:14/10/14

“Vertu” 17 min dollarlıq smartfonunu nümayiş etdirib

"Vertu" şirkəti qiyməti 17 min dollardan başlayan "Vertu for Bentley" smartfonunu nümayiş etdirib. Yeni aparat bu istehsalçının qurğularının başlanğıc qiyməti üçün qiymət rekorduna imza atıb.

Smartfon "Bentley" avtomobil istehsalçısı ilə birgə hazırlanıb. Yeni model "Vertu"nun əvvəlki smartfonlarından dizayn və "Bentley" əlavə tətbiqi ilə fərqlənir.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, smartfonun korpusu titandan hazırlanıb və ekran möhkəmliyinə görə almaz materialına oxşar sapfir şüşə ilə örtülmüşdür. Xarici formada edilmiş dəyişiklikdən başqa, dizayna avtomobil şirkətinin loqotipi əlavə olunub. Telefon dəstinə dana dərisindən çexol daxildir.

Yeni aparat komponentlərinə görə əvvəlki "Signature Touch" modelinə oxşardır: 4.7 düym diaqonallı ekran Full HD (1920x1080 nöqtə) təsvir ölçüsünə malikdir, "Hasselblad" ortasəviyyəli fotoaparat istehsalçısı tərəfindən sertifikatlaşdırılmış 13 meqapiksellik kamera, həmçinin 2.1 meqapiksellik ön kamera ilə təchiz edilib. Smartfonun audiosistemi "Bang&Olufsen" ilə birgə hazırlanıb və "Dolby Digital Plus" tutumlu səslənməni dəstəkləyir.

Prosessor kimi 2.3 QHs takt tezlikli dördnüvəli "Snapdragon 801" seçilib, qurğu 64 QB daxili yaddaşla təchiz edilib və "Qi" simsiz enerjidoldurma standartını dəstəkləyir.


Yeni cihaz "Vertu Concierge", "Life" və "Certainty" xidmətlərini dəstəkləyir.


Emil Hüseynov
 



Baxış sayı: 880

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024