12px13px15px17px
Tarix:15/10/14

“Facebook”da maksimum yaş həddi nə qədərdir?

Minnesota ştatının ən yaşlı sakini "Facebook"da özünə səhifə açmaq üçün  real yaşını bir neçə il azaltmalı olub. Sosial şəbəkə qaydaları ilə istifadəçinin mümkün yuxarı yaş həddi təyin edilməyib, ancaq başlanğıc ayar kimi 109 yaş təşkil edir. Amma "Facebook" istifadəçilərinin sırasına qoşulmuş 114 yaşlı Anna Stoer üçün belə variant onsuz da keçərli deyil.
 
"TJournal" yazır ki, Stoer bu yaxınlarda müasir texnologiyalardan istifadəyə başlayıb. "Verizon"un ticarət nümayəndəsi Cozef Ramires qadının 85 yaşlı oğluna smartfon satdıqdan sonra onlar dostlaşıblar.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, yaşlı qadın qısa müddətdə "iPad" planşetində "Google" və "FaceTime"i öyrənib və insanlarla əlaqə saxlamaq üçün sosial şəbəkədə qeydiyyatdan keçməyə qərar verib. Amma Anna qeydiyyat zamanı problemlə üzləşib, belə ki, 1900-cü ildə anadan olmuş qadın yaşını qeyd etmək üçün siyahıdan 1905-ci il seçməli olub, çünki son seçim məhz 1905 olub.
 
Sonra yaşlı qadın Ramiresin köməyi ilə resursun yaradıcısı Mark Sukerberqə "Mən hələ buradayam" sözlərindən ibarət məktub göndərib.
 
Emil Hüseynov



Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024