12px13px15px17px
Tarix:15/10/14

Azərbaycanda mobil ödənişlərin inkişafı məqsədi ilə “bulud” texnologiyaları istifadə edilə bilər

Azərbaycanda mobil ödənişlərin inkişafı üzrə tədbirlər çərçivəsində “bulud” texnologiyaları istifadə edilə bilər.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, mobil operatorlar konservativ bank sektorunu müasir texnologiyaların tətbiqində daha aktiv olmağa təşviq edə bilərlər.

Beynəlxalq ekspertlərin rəyinə əsasən, hazırda mobil operatorlar ən iri müştəri bazasına malik olan qurumlardır və banklar onlarla bu nöqteyi-nəzərdən rəqabət apara bilməzlər. Lakin operatorlar da banklarla həyata keçirilən ödəniş əməliyyatları sahəsində rəqabət apara bilməzlər. Çünki mobil telefonun balansında yüksək məbləğdə vəsait yoxdur və istənilən ödənişləri həyata keçirmək mümkün deyil. Lakin mobil ödənişlərin inkişafı nəticəsində mobil rabitə operatorları artıq öz bank hesablarını idarə edə, elektron pul cüzdanından istifadə edə bilərlər, telefonlarına tətbiq edilmiş loyallıq kartlarından istifadə edərək ödənişlər həyata keçirə bilərlər və bu məqamda ödənişlərin yüksək səviyyədə təhlükəsizliyinin təmin edilməsi vacibdir. Məhz buna görə də müvafiq infrastrukturun yaradılmasında “bulud” texnologiyalarına müraciət edilməsinə və  burada təhlükəsizliyin “bulud” elementinin hazırlanmasına ehtiyac var”.
 
Aynur Vəliyeva



Baxış sayı: 503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020