12px13px15px17px
Tarix:16/10/14

“Google” şirkəti “Android 5.0 Lollipop” platformasını təqdim edib

“Google” şirkəti “Android 5.0” mobil platformasının yekun versiyasını təqdim edib. Yeni versiya “Lollipop” (Nabat) kod adına malikdir. Bu haqda şirkətin “Android” və “Chrome” üzrə vitse-prezidenti Sundar Piçai “Google”un rəsmi bloqunda yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google” ənənəsini davam etdirərək “Android”in yeni versiyasını əlifba sırası üzrə şirniyyat adı ilə adlandırıb; “Android 4.4” versiyası “KitKat” adlandırılıb. Elanla əlaqədar “Google”un kampusunda yeni nəhəng nabat heykəli inşa ediləcək. “Android 5.0” versiyası artıq platformanın 13-cü, amma Sundar Piçainin rəhbərliyi altında hazırlanmış birinci relizdir.
 
"Lollipop gün ərzində istifadəçinin müxtəlif ekranlı bir çox müxtəlif qurğularla (smartfon və planşetlərdən televizorlara qədər) qarşılıqlı əlaqəsi üçün nəzərdə tutulub. “Lollipop” platformasında işi yarımçıq saxladığınız yerdən davam etdirmək daha da sadələşdirilib" – “Google”dan bildirilib.
 
Bundan başqa, şirkətdən əmin ediblər ki, “Lollipop” platforması qurğu üzərində güclü nəzarəti təmin edir.
 
Daxil olan zənglər tətbiqlərdən istifadəni və ya videoya baxışı dayandırmayacaq; istifadəçi zəngə cavab verə və ya işini davam etdirə bilər.
 
“Lollipop” platforması bir qurğuda bir neçə istifadəçi hesabı və qonaq giriş rejimi yaratmağa imkan verir. “Android 5.0” platforması ilə işləyən qurğunu blokdan çıxarmaq üçün PIN-kod, parol, jest və ya smartfonu etibarlı qurğuya (məsələn, “ağıllı” saat və ya avtomobil) qoşmaq üsullarından istifadə etmək olar.
 
“Android 5.0 Lollipop” mobil əməliyyat sistemi yaxın həftələr ərzində istifadəçilərə əlçatan olacaq. Bu platformanı birinci “Nexus 4” və “5” smartfonları, “Nexus 7” və “10” planşetlərinin sahibləri quraşdıra biləcək.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024