12px13px15px17px
Tarix:16/10/14

“Huawei” “ağıllı” qolbaq istehsal edib

Çinin “Huawei” şirkəti “Play Smart” qolbağını nümayiş etdirib.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni qurğu insanın fiziki aktivliyi haqda informasiyanın göstərilməsi üçün işıq diodu ekranı ilə təchiz edilmiş fitnes-trekerdir. Məsələn, "ağıllı" qolbaq addım və kaloriləri hesablamağa, yuxu zamanı istifadəçinin aktivliyini izləməyə və təyin edilmiş müddətdə sahibini oyatmağa qadirdir.
 
Bundan başqa, “Huawei Play Smart” smartfona qoşulmanı və daxil olan çağırışlar və SMS mesajların mətni haqda informasiyanın ekrana çıxarılmasını dəstəkləyir. Qurğunu suda istifadə etmək mümkün olacaq.
 
“Huawei Play Smart” qurğusunun satışlarına 21 oktyabr 2014-cü il tarixində başlanacaq. “Ağıllı” qolbağın dəyəri təxminən 65 dollar təşkil edəcək.
 
Emil Hüseynov



Baxış sayı: 933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024