12px13px15px17px
Tarix:16/10/14

Elektron kənd təsərrüfatı sahəsində Çexiya ilə Azərbaycan əməkdaşlıq edə bilər

Azərbaycan elektron kənd təsərrüfatı sahəsində Çexiya ilə əməkdaşlıq edə bilər. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Heydər Əsədov və Çexiya Deputatlar Palatasının vitse-spikeri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Voytex Filipi arasında müzakirələr aparılıb.
 
Nazir H.Əsədov yeni sistemlərin kənd təsərrüfatında tətbiq olunmasını və bununla əlaqədar hüquqi bazanın və bu məqsədlə işçi qrupunun yaradılmasını xüsusilə qeyd edərək bildirib ki, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin yaradılmasında, logistik bazaların və aqroparkların yaradılmasında, kadr hazırlığında birgə əməkdaşlıq məqsədəuyğundur. Əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində təkliflərini verən H.Əsədov qeyd edib ki, iki ölkə arasında aqrar sahədə müqavilə-hüquq bazasının yaradılması, informasiya və təcrübə mübadiləsinin aparılması və sair məsələlərin həyata keçirilməsi arzuolunandır.
 
Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqillik əldə etdikdən sonra iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkəmizin aqrar sahədə  çox böyük nailiyyətlərə imza atdığını və qeyri-neft sektorunda kənd təsərrüfatının prioritet sahə olduğunu bildirən nazir  ölkələrimizin parlamentləri arasında olan sıx əməkdaşlığı yüksək qiymətləndirərək digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də bu əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb.
 
Voytex Filipin də Azərbaycanla Çexiya arasında digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də qarşılıqlı əlaqələrin daha da genişlənməsinə önəm verdiyini bildirib. O, ölkəsində kənd təsərrüfatının inkişafı barəsində ətraflı məlumat verərək Azərbaycan məhsullarının Çexiyaya ixrac olunmasında maraqlı olduqlarını və birgə əməkdaşlığa önəm verdiklərini qeyd edib.
 
 
SEYMUR



Baxış sayı: 453

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti