12px13px15px17px
Tarix:17/10/14

Çində yeni kosmodromun tikintisi başa çatıb

Çin Haynan tropik adasında ağır raketdaşıyıcılarının buraxılışı üçün istifadə olunacaq yeni Vençan kosmodromunun inşası üzrə əsas işləri başa çatdırıb. Bu barədə “Jenmin jibao” qəzeti məlumat verib.
 
Qəzetin məlumatına görə, start meydançası hazırdır. Çinin dördüncü kosmodromunun üstünlüyü onun texnoloji baxımdan yüksək səviyyədə təchiz olunması ilə yanaşı, en dairəsindən aşağıda yerləşməsindədir. Start meydançasının ekvatora yaxınlığı kosmik aparatların orbitə çıxarılması üzrə vəzifənin həllini asanlaşdırır. Kosmodromun tikintisi 5 il çəkib.
 
Məlumata əsasən, növbəti ildə burada ilk ağır “Çançjen-5” raketdaşıyıcısının buraxılışı planlaşdırılır. Raketdaşıyıcısı çoxpilləli universal seriyalı olmaqla orbitə 25 ton ağırlığınadək yükləri çatdıra biləcək.
 
Məqalədə qeyd olunduğuna görə, Vençan kosmodromu Çinin gələcək kosmik proqramının həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyacaq.
 
Kosmodromdan müxtəlif tip peyklərin buraxılışı ilə yanaşı, orbitə Milli Kosmik Stansiyanın komponentlərinin çatdırılması və Aya missiyaların həyata keçirilməsi üçün istifadə olunacaq. 2017-ci ildə burada avtomatik rejimdə Aya eniş və Yerə süxur nümunələrinin qaytarılması vəzifəsini həll edəcək “Çane-5” kosmik aparatının startı nəzərdə tutulur. 2025-ci ildə Çin planetimizin təbii peykinə pilotlu uçuşu planlaşdırır.
 
Vençan şəhərinin yaxınlığında kosmodromun inşasına 2009-cu ildə başlanıb. Tikinti işlərinə başlamazdan əvvəl oradan 6 min yerli sakin köçürülüb. Dördüncü kosmodromun əsas üstünlüyü onun ekvatora yaxın olmasındadır ki, bu da raketdaşıyıcılarının buraxılması zamanı yanacaq sərfiyyatını azaltmağa imkan verir. Bunun sayəsində Çin kosmosa daha çox yük çatdıra biləcək, orbitdə peyklərin istismarı isə uzunmüddətli olacaq, - “TASS” yazır. 
 



Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024