12px13px15px17px
Tarix:17/10/14

"Yüksək Texnologiyalar Parkı - YT Park" MMC tender elan edir

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində təsis edilmiş  "Yüksək Texnologiyalar Parkı - YT Park" Məhdud Məsuliyyətli Cəmiyyəti Pirallahı adasında inşa ediləcək "Yüksək Texnologiyalar Parkı"nın baş planı, dizayn, layihələndirmə, müəllif nəzarəti işlərinin və xidmətlərinin satınalınması ilə əlaqədar açıq tender (bundan sonra "Tender") elan edir və sizi tenderə dəvət (bundan sonra "TD") və şərtlər toplusu sənədlərində (bundan sonra "ŞT Sənədləri") təsvir edilmiş təlimat və qaydalara riayət etməklə tender təkliflərinizi təqdim etməyə dəvət edir.
 
Tender  Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 129E (AZ1010) ünvanında 10 dekabr 2014-cü il tarixində Bakı vaxtı ilə saat 16:00-da Tender Komissiyası tərəfindən  keçiriləcəkdir.
 
Tenderdə fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan şirkətlər iştirak edə bilərlər.
 
Tenderdə iştirak edən bütün iddiaçılar TD və ŞT sənədləri ilə bağlı əlavə məlumatları aşağıda göstərilən əlaqələndirici şəxslərdən ala bilərlər:
 
(Əlaqələndirici şəxs 1) – Səbuhi Məmmədov - Ümumi işlər və təsərrüfat şöbəsinin rəisi.
Tel.: (99412) 310-14-00 (dax. 2210)
 
(Əlaqələndirici şəxs 2) – Şahin Tağızadə - Planlaşdırma və nəzarət şöbəsinin rəisi.
Tel.: (99412) 310-14-00 (dax. 2230)

 
İddiaçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsində ŞT sənədlərində nəzərdə tutulmuş meyarlara üstünlük veriləcəkdir.
 
İddiaçılar Tender Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
  • Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • Tender təklifi;
  • İddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyətini əks etdirən bank arayışı;
  • İddiaçının son üç il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövrü üzrə) xüsusiyyətinə və həcminə uyğun  analoji işlər üzrə təcrübəsi;
  • İddiaçının hüquqi statusunu təsdiq edən sənədlərin notarial qaydada (zəruri olduqda Apostillə) təsdiq edilmiş nüsxələri (nizamnamə, qeydiyyat şəhadətnaməsi və s.);
  • İddaçı tenderdə qalib hesab edildiyi halda müqavilənin imzalanması üçün səlahiyyətli olması barədə notarial qaydada (zəruri olduqda Apostillə) təsdiq edilmiş sənədi;
  • Tender təklifinin ümumi qiymətinin 2 (iki) faizi məbləğində (tender təklifinin qüvvədə olma müddətindən sonra 30 (otuz) bank günü ərzində qüvvədə olmalıdır) və investisiya dərəcəsi olan və ya sifarişçi ilə razılaşdırılmış digər bank tərəfindən verilən bank təminatı;
 
İddiaçılar malgöndərən (podratçı) haqqında tələb olunan sənədləri 21 noyabr 2014-cü il saat 17:00-dan gec olmamaq şərti ilə, öz tender təkliflərini isə 5 dekabr 2014-cü il 17:00-dan gec olmamaq şərti ilə aşağıdakı ünvana təqdim etməlidirlər:
 
 
Bakı şəhəri, Nizami küçəsi 129E, 3-cü mərtəbə. AZ 1010.
"Yüksək Texnologiyalar Parkı – YT Park" MMC
Tel.: (994 12) 310-14-00

 
Gecikmiş tender təklifləri Tender Komissiyası tərəfindən qəbul edilmir və açılmadan geri qaytarılır. Tender Komissiyası gecikmiş tender təklifləri üzrə heç bir məsuliyyət daşımır.
İddiaçılar bütün texniki həll, icra müddəti, qiymət (vergilər və digər rüsumlar daxil olmaqla), ödəniş qaydaları (qrafiki) və digər mühüm şərtləri öz tender təkliflərində əks etdirməlidirlər.
Tender təklifi İddiaçı tərəfindən imzalanmalı, möhürlənməli, 1 (bir) əsli və 1 (bir) sürəti olmaqla 2 (iki) nüsxədə ikiqat zərfin içinə qoyulmalıdır. Zərfin üzərində aşağıdakı qeyd yazılmalıdır:
  • "Yüksək Texnologiyalar Parkının baş planı, dizayn, layihələndirmə, müəllif nəzarəti işlərinin və xidmətlərinin satınalınması" ilə əlaqədar açıq tender üçün təklif.
  • 10 dekabr 2014-cü il saat 16:00-dək açılmamalıdır".
 
İddiaçılar tender təklifinin qəbulu ilə əlaqədar və əlavə məlumat almaq üçün Tender Komissiyasına qanunvericilik ilə müəyyən olunmuş müddət ərzində müraciət edə bilərlər.
Bütün İddiaçılar tenderin əsas şərtlər toplusunu yuxarıda qeyd edilən ünvandan əldə edə bilərlər. İddiaçılar Əsas şərtlər toplusunu və İştirakçı statusunu almaq üçün 2000 (iki min) manat iştirak haqqını aşağıda göstərilən bank hesabına ödəməlidirlər:
 
"Yüksək Texnologiyalar Parkı – YT Park" MMC
Ünvan: Bakı şəh. Nizami küç. 129E. AF "Business House" 3 mərtəbə
Telefon: +994 12 310 14 00
Faks: +994 12 493 41 00
Email: info@hightech.az
 
Hesab No-si: AZ34AZP091015461400420200279
VÖEN: 1303235241
Bank :
Adı : "Azərpoçt" MMC PF1
Kodu: 691011
VÖEN: 9900037711
Müxbir hesab: AZ76NABZ01350100000000094944
S.W.I.F.T. AZPOAZ22

 
       İştirak haqqı heç bir halda geri qaytarılmır.
 
 TENDER KOMİSSİYASI



Baxış sayı: 1629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024