12px13px15px17px
Tarix:27/08/11

Azərbaycanın İT şirkəti GoMap.az elektron xəritəsi əsasında yeni servisləri təqdim edib

Azərbaycanın İT şirkəti "Sinam" GoMap.az elektron xəritəsi əsasında yeni servisləri təqdim edib. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Yeni servisləri Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü olan GoMap.az layihəsinin icraçısı "Sinam" şirkəti işləyib hazırlayıb.

Yeniliklər arasında "müəssisələrin kataloqu" xidməti var. Sözügedən kataloq vasitəsilə obyektin dəqiq yerini və ona aid məlumatı öyrənmək olar, həmçinin naviqasiya vasitəsilə marşrut yaratmaq olar.

Bundan əlavə, GoMap.az elektron xəritəsində Bakı və Sumqayıtın ictimai nəqliyyatının (avtobuslar və metro) marşrutlarını izləməyə imkan verən yeni servis də istismara verilib.

Xəritənin funksionalı ictimai nəqliyyatın dayanacaq yerlərini də müəyyənləşdirməyə imkan verir. GoMap.az elektron xəritəsi dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook.com-la inteqrasiya olunub.

"Mənim obyektlərim" bölümü fərdi xəritələri yaratmağa, həmin xəritəyə istədiyiniz obyekt və yolları əlavə etməyə, orada şərh yazmağa, həmçinin "öz xəritənizi" dostlarınızla paylaşmağa imkan verir.

Naviqasiya sisteminin elektron xəritəsinə 63 000-dən çox obyekt (POİ), 4 530 yaşayış məntəqəsi, 3 300 mədəni-tarixi abidə, 70 şəhər və yaşayış məntəqəsi üzrə ünvanlı məlumat, 670 000 bina və tikililər, 43 000 km yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23 770 km yaşıllıq sahələri, meşələr və s. məlumatlar daxil edilib.

Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib.

Üç dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərən elektron xəritə (www.gomap.az) istənilən bir tikili miqyasına qədər böyüdülə bilər. Elektron xəritə həmçinin mövcud olan digər bu tip sistemlərlə inteqrasiya edilib (məsələn: Google Satellite).

Bu, demək olar, GoMap.az-ın bütün informasiya bazasını Google Satellite-da olan Azərbaycan xəritələrinin üzərinə yerləşdirməyə imkan verir, yəni peyk xəritəsində istənilən obyekt haqqında məlumatları görmək mümkündür (dəqiq ünvanlarla), axtarış nəticələrini isə Google Satellite xəritəsinə çıxarmaq olar.

Elektron xəritədə həmçinin marşrutun çəkilməsi funksiyası var. Üzümüzə gələn yay istirahətlərini nəzərə alaraq, həmin funksiya turistlər üçün çox faydalı ola bilər. Demək olar ki, regionlara səyahət etmək istəyən hər bir turist GoMap.az xəritəsi vasitəsilə lazımi marşrutu çəkib, onu çap formasında özü ilə apara bilər.



Baxış sayı: 1454

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024