12px13px15px17px
Tarix:17/10/14

“Microsoft” şirkəti gələn il “Windows 10” əməliyyat sistemi ilə hamını təəccübləndirəcək

“Microsoft” şirkəti geniş testləşdirmə üçün təqdim etdiyi “Windows 10” əməliyyat sisteminin son versiyasını rəsmi olaraq 2015-ci ildə təqdim edəcək.
 
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Windows 10” istənilən qurğuya - “Xbox”, kompüter, telefon, planşet və ya digər qadcetlərə uyğunlaşdırılıb. Geniş çeşidli qurğularda, o cümlədən internetə qoşulmuş əşyalarda, korporativ məlumat emalı mərkəzlərində əməliyyat sistemindən istifadə etmək mümkün olacaq.
 
 
“Microsoft” bütün bu qurğular üçün vahid işləmə platforması və vahid əlavələr dükanı yaradır. “Windows 10”, korporativ informasiya və identifikasiya təhlükəsizliyinin təmin edilməsi üzrə  yaxşılaşdırılmış servisləri daxil etməklə, biznes qurumlarına korporativ istifadəçilərə əlavə mühafizə proqramlarının istifadəsini azaltmağa imkan verir.
 
 
Yeni versiyanın əsas üstünlüklərindən biri təkmilləşdirilmiş istifadəçiidentifikasiya sistemidir və nəticə olaraq sistemin sındırılması qeyri-mümkündür və o, oğurluq hallarının fişinq hücumlarının qarşısını alır. 
 
“Windows 10” eyni zamanda, konteynerlərdən istifadə etməklə hətta məlumatlar “bulud”da saxlanılmadıqda belə mühafizəni təmin edir.
Əməliyyat sisteminin ilkin versiyası idarəetmədə daha çevik və rahatdır. Əməliyyat sistemi daha geniş “Start” menyusuna, universal əlavələr pəncərələrinə, yaxşılaşdırılmış “Snap” funksiyasına, yeni məqsədlərin idarə edilməsi düyməsi bütün aktiv əlavələri və faylları görməyə və onlara sürətli çıxış və s. imkanlar verir. Əməliyyat sistemi haqda daha ətraflı məlumatı  internet ünvanında əldə etmək olar.
 
 
Aynur Vəliyeva



Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2019

17 11 2019