12px13px15px17px
Tarix:17/10/14

15 dövlətin İKT üzrə beynəlxalq ekspertləri Bakıya gəlir

Azərbaycanda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq seminar keçiriləcək.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən seminar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının birgə təşkilatçılığı ilə bu ayın 22-23-də “Hilton Baku” otelində baş tutacaq.
 
Beynəlxalq tədbirdə 15 dövlətin sığorta-pensiya qurumlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edəcəklər.
 
Seminara Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilatların nümayəndələri də qatılacaqlar. Tədbirin əsas məqsədi sosial müdafiə sahəsində elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi ilə bağlı yaranan problemlərin və elektron hökumətin müxtəlif inkişaf ssenarilərinin müzakirə olunması, sığorta-pensiya qurumlarının elektron xidmətlər sahəsində ən son təcrübə və texniki imkanlarının təqdim edilməsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və elektron hökumət sahəsində ölkəmizdə əldə olunan nailiyyətlərlə tanışlıqdır.
 
 
Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilib. Bunun nəticəsi olaraq 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü seçilib. DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbirinin Bakı şəhərində keçirilməsi qərara alınıb.
 
 
 
SEYMUR



Baxış sayı: 846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024