12px13px15px17px
Tarix:18/10/14

Regional Rabitə Birliyinin elektron kommersiyanın inkişafı üzrə komissiyalarının iclasları keçiriləcək

Moskvada noyabrın 18-20-də Regional Rabitə Birliyinin poçt rabitəsi operatorları Komissiyasının və Ümumdünya Poçt İttifaqının (ÜPİ) elektron ticarətin və ixracın inkişafı üzrə birgə 38/27-ci iclası keçiriləcək.
 
Birgə iclasda Ümumdünya Poçt İttifaqının 25-ci Konqresinin qərarlarının reallaşdırılması, Administrativ Şuranın sessiyasının və ÜPİ-nin Poçt İstismarı Şurasının iclasının  yekunları, ÜPİ-nin gələcək strategiyası ilə bağlı “dəyirmi masa”ya və s. tədbirlər hazırlıq  məsələlərinin müzakirəsi nəzərdə tutulub.
 
Tədbir çərçivəsində mikro, kiçik, orta müəssisələrlə işgüzar əməkdaşlığın  inkişafı RRB və post-Avropa ölkələrində elektron ticarətin inkişafı məsələləri müzakirə olunacaq.
 
Bununla yanaşı, bu sahənin inkişafı məqsədi ilə mal və məhsulların ixracı ilə bağlı tövsiyələr veriləcək, müəssisələr üçün milli və regional elektron dükan platformalarının yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılacaq.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024