12px13px15px17px
Tarix:20/10/14

“Əl-Cumhuriyyə”: “Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsındə regional mərkəzə çevrilib”

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin 18 oktyabr Azərbaycanın Müstəqillik gününə dair məqaləsi bu ölkənin nüfuzlu “Əl-Cumhuriyyə” qəzetində (gündəlik beş yüz min tirajla çap olunur) və bir çox internet saytlarında nəşr edilib.
 
 
Məqalədə 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyini bildirən Ş.Abdullayev Şərqin ilk respublikası olan Azərbaycan Demokratik Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini, beynəlxalq aləmə inteqrasiya edərək, Azərbaycanın qısa müddət ərzində BMT və ATƏT-ə üzv qəbul edildiyini diqqətə çatdırıb, eyni zamanda Azərbaycanın tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü İslam dünyası ilə də əlaqələrini bərpa etdiyini və əməkdaşlıq münasibətlərini qurduğunu qeyd edib.
 
 
Bununla belə, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin yeni Azərbaycan Respublikasının da qarşısına çıxdığını qeyd edən səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi barəsində məlumat verib, xarici və daxili təhlükələrin fonunda yenicə əldə edilmiş milli müstəqilliyin təhlükə altına düşmüş olduğunu nəzərə çatdırıb. Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışarkən səfir Azərbaycanın işğal olunmuş ərazilərində zəngin İslam maddi-mədəniyyət abidələrinin və məscidlərinin viran olunduğu barəsində oxuculara məlumat verib.
 
 
Belə bir çətin və kəşməkəşli zamanda ölkə rəhbərliyinə qayıtmaq üçün Azərbaycan xalqının israrla Heydər Əliyevə müraciət etdiyi və məhz onun uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Ş.Abdullayev ümummilli liderin uzaqgörən siyasəti və əvəzsiz xidmətinin nəticələri olaraq, mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, Ermənistanın atəşkəs imzalamağa vadar edildiyi, demokratikləşmə prosesinin başlandığı, “Əsrin müqaviləsi”nin ımzalandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu oxucuların diqqətinə çatdırıb.
 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq, bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edən Ş.Abdullayev Azərbaycanın gənclər siyasəti, elm-təhsil və “qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər barəsində məlumat verib.
 
Neft və qaz sektoru ilə bərabər, ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı və sənayeləşmə istiqamətində görülən məqsədyönlü tədbirlərə toxunan Ş.Abdullayev Azərbaycanın biznes mühitinin daha da yaxşılaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsındə regional mərkəzə çevrilməsi haqqında ətraflı məlumatı Misir oxucularına təqdim edib. Səfır müstəqilliyinin ilk illərində xarici donor və humanitar yardımların alıcısı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğunu qeyd edib.
 
 
Linklər əlavə olunur:

 
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 1108

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024