12px13px15px17px
Tarix:27/08/11

120 petabayt tutumlu informasiya saxlama sistemi yaradılır

“İBM” korporasiyası 120 petabayt tutumlu informasiya saxlanılması sisteminin hazırlanmasına sifariş alıb.

Hal-hazırda belə məlumat “anbar”ı mövcud deyil. İndi istismar edilən massivlərdən ən tutumluları 15 petabayt həcmində informasiya saxlamağa qadirdir, yəni “İBM” kompleksi 8 dəfə daha tutumlu olacaq.

“Anbar”ın planlaşdırılması zamanı “İBM” mütəxəssisləri etibarlılıq və məhsuldarlıq təminatına olan yüksək tələbləri nəzərə almalıdırlar. Massiv “GPFS” (General Paralel File System) fayl sistemindən istifadə edəcək.

“Anbar” naməlum sifarişçi üçün yaradılan yeni superkompyuterin hissəsi olacaq. Hesablama kompleksi real dünyada baş verən mürəkkəb proseslərin modelləşdirilməsi üçün istifadə ediləcək. Bu, iqlim dəyişiklikləri, seysmik məlumatların emalı, mürəkkəb molekulların sintezi və s. ola bilər.



Baxış sayı: 1809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024